Haqqımızda

Haqqımızda

Gədəbəy rayonu yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehsala buraxılır. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü  ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.

İstehsal olunan məhsullar haqqında:

Hal-hazırda Gədəbəy Mineral Suları” MMC-də fəaliyyətdə olan iki fabrikada 6  texnoloji xətt quraşdırılmışdır. Bu xətlərdə pet və şüşə butulkalarda 38  çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur.

Məhsullarımız:

0.33 L “Slavyanka” markalı  təbii mineral süfrə suyu qazlı  (Pet) 

0.5 L “Slavyanka” və “Gədəbəy” markalı  təbii mineral süfrə suyu qazsız (Pet)

0.5 L “Slavyanka” və “Gədəbəy” markalı  təbii mineral süfrə suyu qazlı və qazsız (Şüşə)

1.0 L “Slavyanka” və “Gədəbəy” markalı  təbii mineral süfrə suyu qazsız (Pet)

1.0 L “Slavyanka” və “Gədəbəy” markalı  təbii mineral süfrə suyu qazlı və qazsız (Şüşə)  

1.5 L “Slavyanka” və “Gədəbəy” markalı  təbii mineral süfrə suyu  qazsız (Pet)

1.5 L “Slavyanka”  təbii mineral süfrə suyu qazlı (Pet)

3.0 L “Slavyanka” markalı  təbii mineral süfrə suyu qazsız (Pet)

 5.0 L “Slavyanka” və “Gədəbəy” markalı  təbii mineral süfrə suyu qazsız (Pet)

8.0 L “Slavyanka” və “Gədəbəy” markalı  təbii mineral süfrə suyu qazsız (Pet)

19.0 L “Slavyanka” və “Gədəbəy” markalı  təbii mineral süfrə suyu qazsız (Pet)

0.33 L  “Düşes” ; “ Tərxun”; ”Limon” ; “Üzüm”; “Feyxoa "   markalı  limonad (Pet)

0.5 L   “Düşes” ; “ Tərxun”; “Üzüm”  markalı  limonad (şüşə)                                          

0.75 L “Düşes” ; “ Tərxun”; ”Limon” ; “Üzüm”; " Feyxoa "  markalı  limonad (Pet) 

 1,0 L   “Düşes” ; “ Tərxun”  markalı  limonad (Şüşə)  

1.5 L   “Düşes” ; “ Tərxun”; " Feyxoa "; “Üzüm”   markalı  limonad (Pet)        

Müalicəvi  faydaları:

Müasir elm suyun yaddaşının olduğunu, onun ətrafda baş verən hadisələrə, hətta səslərə, musiqiyə belə reaksiya verdiyini çoxdan sübut edib. Məşhur yapon alimi Massaqinin apardığı tədqiqatlar da göstərir ki, suyun üzərində səsləndirilən musiqilər onun tərkibini dəyişə bilir. Alimin tədqiqatları nəticəsində məlum olub ki, suya oxunan Quran ayəsi onun tərkibini müsbətə doğru xeyli dəyişir, suya daha da saflıq, təmizlik, insan orqanizmi üçün faydalılıq gətirir. “Slavyanka – 1” və “Gədəbəy” markalı suların heç bir suda olmayan daha bir özəlliyi məhz bu amillə bağlıdır. Bu suyun yığıldığı hovuzda gecə-gündüz fasiləsiz Müqəddəs Kitabdan surələr oxunur. Deməli, “Slavyanka – 1” və “Gədəbəy” markalı sular təkcə təbiiliyinə və qablaşdırma texnologiyasına görə deyil, həm də tərkibinin saflığına, təmizliyinə, insan orqanizminə faydasına görə içilir və sevilir.  “Slavyanka – 1” və “Gədəbəy” markalı sular təbii kimyəvi tərkiblərinə görə insanlarda piylənmənin qarşısını alır. Həzm prosesinə güclü təsiri vardır.

İxrac edildiyi ölkələr  haqqında:

     “Gədəbəy Mineral Suları” MMC-də bütün istehsal prosesi İSO standartlarına-  keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisəmiz Türkiyənin “Türk Standardları Enstitüsü” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 14001-2004; İSO 22000-2005; İSO 9001-2008;  standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu isə “Slavyanka – 1” və “Gədəbəy” suyunun yüksək kefiyyətli istehsalının göstəricisi və xarici bazara girişinin açarıdır. Minerallarının zənginliyi ilə seçilən, dünya standartlarına cavab verə biləcək yüksək kefiyyətli məhsul istehsal etməyimiz “Slavyanka – 1” və “Gədəbəy”  mineral  suyunun bir çox xarici ölkələrdə tanınmasına səbəb olmuşdur. “Slavyanka – 1” və “Gədəbəy” mineral suları  Rusiya, Belarusiya, Qazaxıstan, Bəhreyn Krallığı və İraqa  ixrac olunur.